Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 15 yanvar, 2026
  • 20:13
Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb - YENİLƏNİB

Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata görə, bu gün saat 17:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb, dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, hadisə yerində xəsarət alan 2 qadın təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bakıda körpünün üzərində avtoqəza olub.

"Report" xəbər verir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Taksi kimi fəaliyyət göstərən avtomobil körpünün üzərində olan beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti