Bakıda sürücüsü benzin almağa gedən yük maşını hərəkət edərək divara çırpılıb - FOTO
Hadisə
- 01 sentyabr, 2017
- 03:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində yük maşını yol kənarındakı hasara çırpılıb.
"Report" xəbər verir ki, Qasımov Samir Vaqif oğlunun idarəetməsində olan içərisi buğda ilə dolu olan "DAF" markalı yük avtomobilinin yanacağı Sulutəpə qəsəbəsində bitib.
Bu zaman sürücü avtomobilinin sürət qutusu qolunu "neytral" pilləyə qoyaraq benzin almağa gedib. O geriyə dönərkən avtomobilinin yaşayış evinin hasarına çırpıldığını görüb. Məlum olub ki, yük avtomobili yolun yuxarısından aşağıya doğru özü hərəkət edib. Nəticədə yük avtomobili deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparır.
Son xəbərlər
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region