Bakıda sürücü yol polisinin üstünə silah çəkib
Hadisə
- 01 fevral, 2018
- 07:14
Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.
“Report” xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, “Volkswagen” markalı “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.
Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.
Son xəbərlər
10:12
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub
Hadisə10:09
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət siyasəti10:07
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb
Fərdi09:57
Azərbaycan nefti yenidən bahalaşıb
Energetika09:47
Video
DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib
Hadisə09:46
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (19.09.2026)
Maliyyə09:35
Çində "Meituan" və "Alibaba" şirkətlərinin bölmələri ilə bağlı araşdırma başlayıb
Digər ölkələr09:24
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək
Fərdi09:19