Bakıda şirkət rəhbərinə 100 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub
- 13 iyun, 2018
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinə 100 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Aqşin Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Mirzəyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A.Mirzəyev "Luxe" MMC-nin şəriki Asif Bədəlova qarşı 100 min manatdan çox dələduzluq edib.
Belə ki, dövlət orqanları tərəfindən A.Bədəlov şirkətin Nərimanov rayonunda tikdirdiyi hündürmərtəbəli binasının 17 və 18 mərtəbəsinin sökülməsi qərarı verilib. A.Mirzəyev A.Bədəlova əlaqələri ilə həmin söküntü ilə bağlı çıxarılan qərarı dəyişdirəcəyini vəd edib. A.Mirzəyev ondan 100 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib. Zərərərçəkənin şikayəti əsasında A.Mirzəyev saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.