Bakıda sərnişin avtobusunda soyğunçluq edilib

Hadisə
  • 07 mart, 2017
  • 08:22
Bakıda sərnişin avtobusunda soyğunçluq edilib

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda sərnişin avtobusunda soyğunçluq edilib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami rayonu ərazisində "İsuzu" markalı 70 saylı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs düşərkən oradan soyğunçuluq yolu ilə 45 manat pul aparıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vahid Maksimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.