Bakıda Salyan sakininin boğazı qonşusu tərəfindən kəsilib

Hadisə
  • 27 mart, 2018
  • 04:34
Bakıda Salyan sakininin boğazı qonşusu tərəfindən kəsilib

Bakı. 27 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bir nəfərin boğazı kəsilib.

"Report"un xəbərinə görə, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Nəcəfov Nurlan Böyükkişi oğlu Mirqasımov küçəsində restoranda müştəri kimi əyləşərkən qonşuluğunda yaşayan şəxs tərəfindən çölə çağırılıb. Naməlum şəxs N.Nəcəfovun boğazını bıçaqla kəsib. 

Yaralı çoxlu qan itirirək 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırlıb. N.Nəcəfov cərrahi əməliyyat olunub. 

Lakin onun vəziyyəti ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

44 - Tezliklə