Bakıda restoranın havalandırma sisteminin borusuna düşən şəxs xilas edilib

Hadisə
  • 23 fevral, 2018
  • 08:50
Bakıda restoranın havalandırma sisteminin borusuna düşən şəxs xilas edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda havalandırma sisteminin borusuna düşən şəxs xilas edilib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu "Alov" restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarıb və adiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.