Bakıda restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub
- 30 oktyabr, 2023
- 06:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanova hökm oxunub.
"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, P.Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Binəqədi rayonunun Binəqədi şossesində yerləşən "White Palace" restoranında baş verib.
Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü P.Salmanov, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.