Bakıda quldurluq hadisəsi olub
Hadisə
- 29 noyabr, 2014
- 07:48
Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda quldurluq hadisəsi olub. "Report"a Nizami Rayon Polis İdarəsindən (RPİ) daxil olan məlumata görə, hadisə zamanı iki nəfər 1999-cu il təvəllüdlü Ramiz Nadirova hədə-qorxu gələrərk, onun mobil telefon və pulunu ələ keçirib. Zərərçəkən hadisədən sonra polisə məlumat verib. Nizami RPİ əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluqda şübhəli bilinən şəxslərdən biri, 17 yaşlı Hacıyev Natiq Azər oğlu saxlanılıb. Faktla bağlı cinayət məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. N.Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətdə şübhəli bilinən digər şəxsin tapılması istiqamtində əməliyyat-axtarış tədbiri davam etdirilir.
Son xəbərlər
01:05
Pakistanda kömür mədəninin çökməsi nəticəsində 9 nəfər ölüb
Digər ölkələr00:55
"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq
Futbol00:47
Avroliqada ÇSKA-ya uduzan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNİB-6
Futbol00:33
Ər-Riyadda 43 ölkə dəniz müdafiə koalisiyasının yaradılmasını müzakirə edib
Digər ölkələr00:04
HƏMAS və Fələstin fraksiyaları Qəzza ilə bağlı sazişi razılaşdırıblar
Digər ölkələr23:36
Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununa çıxıb, komandası qələbə qazanıb
Futbol23:32
Reşetnikov: Rusiya Ermənistandan 30 milyard rubldan çox kompensasiya tələb etmək hüququna malikdir
Region23:15
ABŞ İrana görə beş şirkəti "qara siyahı"ya salıb
Digər ölkələr23:08