Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə
  • 09 fevral, 2022
  • 04:20
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Anar Salmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü A.Salmanov yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində qonşusu, 1978-ci il təvəllüdlü Zakir Hüseynovu bıçaqlayaraq öldürüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.