Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Hadisə
  • 24 mart, 2017
  • 05:49
Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 24 mart. REPORT.AZ/ Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Xəyal Həsənov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi martın 27-nə təyin edilib.

İttiham aktına əsasən, ötən ilin avqustun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Kəmalə Həsənovaya evində qohumu X.Həsənov münaqişə zəminində bıçaqla xəsarət yetirilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Bolis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. 

44 filmi