Bakıda 16 yaşlının qətl törətməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Hadisə
  • 13 oktyabr, 2025
  • 10:31
Bakıda 16 yaşlının qətl törətməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Bakıda törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir

Bakıda qətl törədilib.

"Report"un xəbərinə görə, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-da yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni onun evinin qarşısında törətməkdə şübhəli bilinən qəsəbə sakini - 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.

Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti