Bakıda qətl törədən 22 yaşlı gəncin məhkəməsi başlayıb

Hadisə
  • 19 sentyabr, 2019
  • 07:25
Bakıda qətl törədən 22 yaşlı gəncin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırda Yeni Yasamalda qeydiyyatda olan K.Səttarlının Laçın rayonu Minkənd kənd sakini olduğu və əvvəllər məhkum edildiyi bildirilib.

Baxış iclası sentyabrın 24-ə təyin edilib.

Hadisə bu ilin martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində baş verib. 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.