Bakıda qətl törədən 22 yaşlı gəncə hökm oxunub

Hadisə
  • 04 oktyabr, 2019
  • 12:19
Bakıda qətl törədən 22 yaşlı gəncə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, K.Səttarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində baş verib. 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.

Yeni Yasamalda qeydiyyatda olan K.Səttarlı Laçın rayonu Minkənd kənd sakinidir. O, əvvəllər də məhkum edilib.