Bakıda qadının brilyant kulonu quldurluq yolu ilə ələ keçirildi

Hadisə
  • 15 may, 2020
  • 05:29
Bakıda qadının brilyant kulonu quldurluq yolu ilə ələ keçirildi

Bakıda qadına qarşı quldurluq edilib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini, 1994-cü il təvəllüdlü V.M-nin boynundakı dəyəri 1 800 manat olan brilyant asqını (kulon) quldurluq yolu ilə ələ keçirib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Nazim Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

44 - Tezliklə