Bakıda qadına bıçaqla xəsarət yetirilib
Hadisə
- 25 iyul, 2020
- 05:20
Bakıda quldurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə iyulun 22-i saat 21:10 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs 1989-cu il təvəllüdlü G.Əlikişiyevanın əlindən mobil telefonunu quldurluq yolu ilə ələ keçirib. Bu zaman qadın telefonunu həmin şəxsdən geri almağa çalışıb. Naməlum şəxs isə qadına bıçaq xəsarətləri yetirib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Biləsuvar rayon sakini, 1993-cü il təvəllüdlü Rauf Əsədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
23:56
Suriyada mikroavtobusun partladılması nəticəsində iki nəfər ölüb, yaralılar var - YENİLƏNİB
Digər ölkələr23:43
İran Hörmüz boğazında ABŞ-nin hərbi hədəflərinə zərbə endirib
Region23:35
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi
Futbol23:19
Sabah Sabunçu rayonunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika23:06
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
Region22:56
Foto
Video
UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - YENİLƏNİB-4
Futbol22:48
Gürcüstan XİN: Azərbaycanın müraciəti üzrə qanunvericiliyə uyğun tədbirlər görülür
Region22:27
Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində olub
Xarici siyasət22:21