Bakıda qadın xuliqanlıq zəminində güllələnib
Hadisə
- 17 yanvar, 2024
- 06:01
Bakıda qadın xuliqanlıq zəminində güllələnib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:19
Səfir: Meksika ilə Azərbaycan ticarət və investisiya əlaqələrini aktivləşdirmək niyyətindədir
Qarabağ20:17
"Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir
Biznes20:08
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Region19:58
CENTCOM rəhbəri danışıqlar üçün Səudiyyə Ərəbistanındadır
Digər ölkələr19:35
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
Digər19:16
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur19:15
Foto
Video
Şuşada diplomatların uşaqlarla səmimi görüşü: "Bütün dünya sizi görməyə gəlib"
Qarabağ19:10
Elçin Camallı: "İngiltərə komandasını məğlub edib finala yüksəlmək istəyirik"
Komanda18:56