Bakıda qadın tanışına qarşı 95 min dollar və 53 min manatlıq dələduzluq edib

Hadisə
  • 10 noyabr, 2016
  • 10:24
Bakıda qadın tanışına qarşı 95 min dollar və 53 min manatlıq dələduzluq edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakı şəhər sakininə qarşı külli miqdarda dələduzluq edilib. 

“Report”un xəbərinə görə, paytaxt sakini, 1972-ci il təvəllüdlü Azər Mahmudov üzləşdiyi dələduzluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.

A.Mahmudov ərizəsində bildirib ki, 1971-cu il təvəllüdlü Təranə Eminova 2014-cü ilin aprel ayında onu aldadaraq 95 000 ABŞ dolları və 53 min manat pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə