Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
Hadisə
- 12 noyabr, 2018
- 10:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.
25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.
Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
12:51
Hikmət Hacıyev:Azərbaycan Radiosu milli yayım tarixinin əsasını qoydu, xalqın ictimai və mədəni həyatında, milli dəyərlərin təbliğində və maarifçilik ənənələrinin inkişafında mühüm rol oynadı.
Media
12:47
Papoyan: Ermənistan Aİİ-yə qoşulduqdan sonra Rusiya ilə ticarət kəsiri 2 milyard dollara qədər artıb
Region
12:47
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Daxili siyasət
12:47
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
Biznes
12:46
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
İnfrastruktur
12:44
Zelenski onlayn prezident seçkilərinin keçirilməsini mümkün hesab edib
Digər ölkələr
12:41
Foto
Gürcüstan nümayəndə heyəti MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib
Hərbi
12:41
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
Daxili siyasət
12:38
AFFA 8 komandaya texniki məğlubiyyət verib
Futbol