Bakıda qadın özünü 16-cı mərtəbədən ataraq intihar edib

Hadisə
  • 01 avqust, 2016
  • 09:41
Bakıda qadın özünü 16-cı mərtəbədən ataraq intihar edib

Bakı. 1 avqust. REPORT.AZ/ Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Tamilla Mustafayeva özünü Xətai prospektində yerləşən 38 saylı binadan (16-cı mərtəbədən) yerə ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.