Bakıda qadın evə silahlı basqın edib
Hadisə
- 07 oktyabr, 2022
- 06:15
Bakıda qadın evə silahlı basqın edib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini olan bir qadın oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
18:50
Tramp Pezeşkianla görüşə hazır olduğunu bildirib
Digər ölkələr18:48
Foto
Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb
Hadisə18:31
İtaliya niqabı qadağan edir, məktəblərdə xarici şagirdlərin sayını azaldır
Digər ölkələr18:26
Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib
Futbol18:18
Foto
Xankəndidə Şəhər Gününə həsr olunmuş konsert keçirilib
Daxili siyasət18:01
Emin Hüseynov: İlin sonunadək Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir
Daxili siyasət17:56
Lüksemburq dron aşkarlanması fonunda təhlükəsizlik tədbirlərini gücləndirir
Digər ölkələr17:51
Qətər XİN husilərin Səudiyyə Ərəbistanına hücumlarını qətiyyətlə pisləyib
Digər ölkələr17:44