Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə
  • 20 may, 2015
  • 15:16
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. 20 may. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, qəza Binəqədi rayonunun Sulutəqə qəsəbəsində baş verib. Qəza zamanı 30-35 yaşlarında piyada yolun işıqlandırılmayan hissəsindən yolu keçən zaman "Pejo" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Polislər qəza zamanı ölən piyadanın şəxsiyyətini müəyyənləşdirmək istiqamətində araşdırma aparırılar.