Bakıda piyadanı vurub hadisə yerindən qaçan daha bir sürücü saxlanılıb
- 04 aprel, 2019
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda piyadanı vurub hadisə yerindən qaçan daha bir sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub. Araşdırmalarla H.Məmmədzadənin bu il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən edilib.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.
Araşdırma aparılır.