Bakıda piyadanı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb
Hadisə
- 02 noyabr, 2018
- 06:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Xanəliyev cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, bu il avqustun 16-da saat 7 radələrində Bakı şəhər sakini Telman Xanəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Seymur Müzəffərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Son xəbərlər
08:04
Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Digər ölkələr
07:35
Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustağı edilib
Digər ölkələr
07:08
Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
Digər ölkələr
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr