Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub

Hadisə
  • 26 iyun, 2018
  • 01:16
Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub

Bakı. 26 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda piyadanı maşın vurub.

"Report" xəbər verir ki, hadisə 1971-ci il təvəllüdlü Məmmədov Firdovsi Məmməd oğlu Binəqədi şossesində, "Zəngəzur" şadlıq sarayının qarşısından piyada zolağının olmadığı hissədən keçən zaman baş verib.

Hadisəni minik avtomobilinin sürücüsü törədib.

Yaralı "təcili yardım"ın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.