Bakıda partlayış baş vermiş mebel sexində axtarış-xilasetmə tədbirləri davam edir - YENİLƏNİB

Hadisə
  • 16 yanvar, 2024
  • 18:27
Bakıda partlayış baş vermiş mebel sexində axtarış-xilasetmə tədbirləri davam edir - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

18:02

Bakının Binəqədi rayonunun A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışın axtarış-xilasetmə tədbirləri bitib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.