Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən şəxs 35 min manat dələduzluq edib

Hadisə
  • 28 dekabr, 2016
  • 13:36
Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən şəxs 35 min manat dələduzluq edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən şəxs 35 min manat dələduzluq edib.

"Report"un xəbərinə görə, bu barədə zərərçəkən 47 yaşlı Kəmalə Əliyeva hüquq-mühafizə orqanlarına yazılı şikayətində bildirib.

Belə ki, Elnur adlı şəxs özünü K.Əliyevaya "Əzizbəyov-KM" MMC-nin direktoru kimi təqdim edərək ondan 35 000 manat pul alıb. K.Əliyevanı arxayın edərək Telnov küçəsi 2347/48 ünvanında tikilməkdə olan binadan mənzilin birinin onun olacağını deyib və pulu götürüb. Sonradan məlum olub ki, həmin mənzil başqa bir şəxsə aiddir.

Faktla bağlı araşdırma aparılır.