Bakıda özünə bıçaqla xəsarətlər yetirən ruhi əsəb xəstəsi xəstəxanda öldü

Hadisə
  • 08 iyul, 2020
  • 05:39
Bakıda özünə bıçaqla xəsarətlər yetirən ruhi əsəb xəstəsi xəstəxanda öldü

Bakıda ruhi əsəb xəstəsi özünə xəsarət yetirib.

“Report”un xəbərinə görə, hadisə iyunun 30-da axşam saatlarında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan ruhi əsəb xəstəsi, 1958-ci il təvəllüdlü Süleyman Əliyev özü-özünün qarın nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Daha sonra o, yaralı vəziyyətdə xəstəxanaya daxil edilib.

Məlum olub ki, S.Əliyev həmçinin sirkə turşusu da içib.

İyulun 7-i səhər saatlarında isə o, xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.