Bakıda otaq yoldaşını öldürən şəxsə hökm oxunub
Hadisə
- 05 avqust, 2022
- 08:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda otaq yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ravil Baybəyova hökm oxunub və o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Qeyd edək ki, qətl hadisəsi bu il martın 29-da Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Ravil Baybəyov birgə yaşadıqları mənzildə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
14:34
Penitensiar müəssisələrdə distant tibbi müayinə sisteminin tətbiqinə başlanılıb
Daxili siyasət
14:30
Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək
İnfrastruktur
14:27
Azərbaycanda kredit tarixçəsi olmayan şəxslərin riski kart əməliyyatları əsasında qiymətləndiriləcək
Maliyyə
14:26
Foto
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
Xarici siyasət
14:14
Peskov: Rusiya və Ukrayna enerji sahəsində atəşkəsin əldə olunması üzrə təmasları davam etdirir
Region
14:04
Foto
İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə
13:58
YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb
Media
13:53
Azərbaycan və Laos arasında xidməti pasport sahibləri viza tələbindən azad edilir
Xarici siyasət
13:51
Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib
İnfrastruktur