Bakıda orta yaşlı kişiyə 7 bıçaq zərbəsi vurulub
Hadisə
- 07 oktyabr, 2017
- 02:31
Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişiyə 7 bıçaq zərbəsi vurulub.
"Report" xəbər verir ki, bıçaqlanma hadisəsi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində naməlum şəxs tərəfindən 1984-cü il təvəllüdlü Məmmədov Yusif Lətif oğlunun boyun və bədən nahiyəsinə ümumilikdə 7 bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. O, tibbi əməliyyatdan sonra Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına ilkin ifadəsində bildirib ki, taksidə evə gedərkən yuxulayıb. Yuxulu vəziyyətdə də bıçaqlanıb. Ancaq polis onun bu ifadəsinin doğruluğunu təsdiqləmir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:25
Lionel Messi cərimə zərbəsindən vurulan qolların sayına görə Jairə çatıb
Futbol11:09
İsveçrədə atışma olub, xəsarət alanlar var
Digər ölkələr10:47
Azərbaycan millisinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib
Futbol10:44
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Ekologiya10:38
Messinin dörd qolu "İnter Mayami"nin "Monreal" üzərində qələbəsinə kömək edib
Futbol10:15
Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib
Xarici siyasət10:05
"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub
Futbol10:05
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə09:56