Bakıda orta yaşlı kişinin qulağını kəsiblər

Hadisə
  • 07 sentyabr, 2017
  • 05:34
Bakıda orta yaşlı kişinin qulağını kəsiblər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin qulağı kəsilib.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Cələbov Cələb Fətulla oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zamanı onun qulağı kəsilib. Daha sonra isə bədəninə bıçaq zərbəsi vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.