Bakıda oğurluq edən yeniyetmə saxlanılıb

Hadisə
  • 20 iyun, 2018
  • 07:39
Bakıda oğurluq edən yeniyetmə saxlanılıb

Bakı. 20 iyun. REPORT.AZ/ Bakıda oğurluq edən yeniyetmə saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-nə keçən gecə Şimal DRES qəsəbəsindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.