Bakıda oğul 72 yaşlı atasını küt alətlə döyüb
Hadisə
- 27 oktyabr, 2016
- 12:09
Bakı. 27 oktyabr. REPORT.AZ/ Nizami rayonu 8-ci kilometr qəsəbəsində 72 yaşlı kişi oğulu tərəfindən küt alətlə döyülüb.
"Report"un məlumatına görə, hadisə 8-ci kilometr qəsəbəsi Naxçıvanski küçəsi ev 88, mənzil 103-də baş verib.
Həmin ünvanda yaşayan 1944-cü il təvəllüdlü Əsgərov Şirəli Mirəli oğlu yaşadığı evdə küt alətlə döyülüb. Başından və bədəninin müxtəlif yerlərindən ağır xəsarət alan Ş.Əsgərov xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Hüquq mühafizə orqanları hadisənin dəqiq səbəblərini araşdırır.
Ş.Əsgərovun oğlunun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Son xəbərlər
07:22
İran təhlükə olduğu zaman qabaqlayıcı əməliyyatlara keçid elan edib
Region06:49
Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
Futbol06:16
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətini şərh edib
Futbol05:59
Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr05:22
Niger Fransanı hərbi qiyam törətməkdə ittiham edib
Digər ölkələr04:49
Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
Digər ölkələr04:07
Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Region03:39
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
Digər ölkələr03:18