Bakıda ödəmə terminalından 7 min manat oğurlayanlar saxlanılıblar
Hadisə
- 18 yanvar, 2024
- 04:08
Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6 999 manat oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini, 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.
Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Son xəbərlər
09:34
Türkiyədə bir neçə məşhur narkotikə görə saxlanılıb
Region09:32
"Qalatasaray"ın sabiq futbolçusu Hasan Şaş saxlanılıb
Futbol09:21
EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib
Maliyyə09:17
Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
Futbol09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.09.2026)
Maliyyə09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək
Fərdi08:54
Cənubi Koreya Prezidenti İranla münaqişədə iştirak üçün qoşun göndərməyi istisna edib
Digər ölkələr08:45
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə08:40