Bakıda piyada zolağında nəvəsini qoruyan nənəni maşın vurub öldürdü
Hadisə
- 01 sentyabr, 2020
- 10:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb.
Belə ki, 99 GN 053 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomobil piyada zolağında ad-soyadı hələlik məlum olmayan yaşlı qadını vuraraq öldürüb.
Şahidlərin sözlərinə görə, avtomobil piyada zolağında qadının nəvəsini vuran zaman o, uşağı xilas etməyə çalışıb. Həmin an avtomobil qadını vuraraq öldürüb, onun nəvəsi isə ağır yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:51
Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir
Region
20:40
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Elm və təhsil
20:28
Video
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 16-ya çatıb - Yenilənib-5
Region
20:22
"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro əməliyyat olunub
Futbol
20:09
Rəsmi Bakı Türkiyəyə başsağlığı verib
Xarici siyasət
19:55
Almaniyada ilk dəfə qadın prezident seçilə bilər
Digər ölkələr
19:34
Video
Hacıqabul səmasında "Zəfər Tağı" – Mehriban Əliyevadan paylaşım
Digər
19:20
Zelenski Modi ilə Qara dənizdə taxıl dəhlizinin açılmasını müzakirə edib
Digər ölkələr
19:07
ABŞ Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün irəliləyişə nail olmaq istəyir
Digər ölkələr