Bakıda naməlum sürücü piyadanı vurub öldürərək ərazidən uzaqlaşıb

Hadisə
  • 26 oktyabr, 2022
  • 05:38
Bakıda naməlum sürücü piyadanı vurub öldürərək ərazidən uzaqlaşıb

Bakıda naməlum sürücü piyadanı vurub öldürərək ərazidən uzaqlaşıb.

"Report" xəbər verir ki, hadisə ötən gecə saat 02:00-da paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində "Rosil" yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, naməlum avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü piyada Elçin Aydın oğlu Babayevi vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.