Bakıda motosiklet sürücüsü yol qəzasında ölüb

Hadisə
  • 12 avqust, 2015
  • 07:15
Bakıda motosiklet sürücüsü yol qəzasında ölüb

Bakı. 12 avqust. REPORT.AZ/ Bakıda motosiklet sürücüsü yol qəzasında ölüb. “Report”un məlumatına görə, hadisə Xətai rayonunun Xocalı prospektində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Dahad Rüstəmovun idarə etdiyi “Fav” markalı yük maşını ilə 1991-ci il təvəllüdlü Nadir Köçərlinin sürdüyü “Zontes” markalı motosiklet toqquşub. Hadisə nəticəsində motoskiletin sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.