Bakıda motosikl avtomobillə toqquşub, 1 nəfər yaralanıb

Hadisə
  • 07 dekabr, 2022
  • 02:16
Bakıda motosikl avtomobillə toqquşub, 1 nəfər yaralanıb

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1985-ci il təvəllüdlü Cahangirli Azər Loğman oğlu idarə etdiyi motosiklla hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosiklın sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.