Bakıda minik avtomobili yanıb

Hadisə
  • 26 iyun, 2015
  • 23:24
Bakıda minik avtomobili yanıb

Bakı. 27 İyun. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda 60 kv.m sahədə məişət tullantıları yanıb. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturun təsiri ilə yaxınlıqdaki "Toyota" markalı minik avtomobili də yanıb.

Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.