Bakıda metal tullantıları yığan maşın piyadanı vuraraq öldürüb

Hadisə
  • 19 iyul, 2017
  • 03:06
Bakıda metal tullantıları yığan maşın piyadanı vuraraq öldürüb
Report.az

Bakı. 19 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində piyadanı maşın vuraraq öldürüb.

"Report" xəbər verir ki, Biləcəri qəsəbəsində "QAZ-24" markalı avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Ələsgərov Ələddin Musa oğlunu vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilin sürücüsü metal tullantıları yığmaqla məşğul olur.

44 - Tezliklə