Bakıda marşrut avtobusunda cibgirlik edən şəxs saxlanılıb

Hadisə
  • 08 aprel, 2019
  • 07:44
Bakıda marşrut avtobusunda cibgirlik edən şəxs saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Yevlax rayon sakini E.Qasımov avtobusda cibindən pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Bəşirov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.