Bakıda marketə daxil olan şəxsin avtomobili qaçırılıb
Hadisə
- 14 mart, 2017
- 09:12
Bakı. 14 mart. REPORT.AZ/ Bakıda marketə daxil olan şəxsin avtomobili qaçırılıb.
"Report"un xəbərinə görə, hadisə Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Hüseynov Sadiq Çingiz oğlu idarə etdiyi 90-SS-401 dövlət qeydiyyat nömrə nişanlı "Hyundai Terracan" markalı avtomobili marketlərdən birinin önündə saxlayıb və avtomobili işlək vəziyyətdə qoyaraq marketə daxil olub.
Cəmi 11 dəqiqə ərzində geri dönən sürücü S.Hüseynov avtomobilini tapmayıb. Məlum olub ki, avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. "Hyundai Terracan" markalı avtomobil qaçırılarkən içərisində mobil telefon və şəxsi əşyalar olub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub, araşdırma aparılır.
Son xəbərlər
22:50
Türkiyədə maliyyə nazirinin istefa verdiyinə dair iddialar təkzib edilib
Region22:32
Foto
Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr22:18
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
Digər ölkələr22:06
ABŞ-də üç media qurumunun jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Digər ölkələr21:57
SEPAH: ABŞ ordusu İordaniyada gizlənməyə məcbur olub
Region21:44
Foto
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Fərdi21:29
NATO kəşfiyyat məlumatlarının mübadiləsini artırır
Digər ölkələr21:20
Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb
Region21:06