Bakıda mağazalar və gözəllik salonundan oğurluq edən şəxs tutuldu

Hadisə
  • 18 mart, 2020
  • 08:47
Bakıda mağazalar və gözəllik salonundan oğurluq edən şəxs tutuldu

Bakıda mağazalar və gözəllik salonundan oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17 və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2 900 manat oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2 000 manat, 1 700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da müəyyən edilib.

44 filmi