Bakıda kürəkən qaynatasının evini atəşə tutub
Hadisə
- 15 iyul, 2022
- 06:32
Bakıda kürəkən qaynatasının evini atəşə tutub.
Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.
Araşdırma aparılır.
Son xəbərlər
10:06
"Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb
İnfrastruktur10:05
İranda genişmiqyaslı təlimlər başlayıb
Region10:02
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
Formula 109:53
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
Futbol09:43
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:42
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Fərdi09:39
Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət09:34
Türkiyədə bir neçə məşhur şəxs narkotikə görə saxlanılıb
Region09:32