Bakıda komendantın otağından 11 min manat oğurlanıb
Hadisə
- 28 aprel, 2016
- 11:28
Bakı. 28 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda binanın komendantının pulu oğurlanıb.
“Report”un xəbərinə görə, hadisə H.Zərdabi küçəsi, ev 74A ünvanında baş verib.
Belə ki, binanın komendantı, Bakı şəhər sakini, 58 yaşlı Fuad Dadaşovun xidməti otağından açarseçmə yolu ilə içərisində 10 800 manat olan seyf oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Son xəbərlər
20:37
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq
Maliyyə20:36
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb
Maliyyə20:35
Azərbaycanda gələn il ÜDM artımı 2,7 % səviyyəsində proqnozlaşdırılır
Maliyyə20:32
ARDNF-dən büdcəyə transfertlər 7 %-dən çox azaldılır
Maliyyə20:31
Azərbaycanda gələn il icmal büdcə 50 milyard manatdan çox olacaq
Maliyyə20:30
Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Maliyyə20:29
Gələn il Azərbaycan neftinin büdcə qiyməti 65 dollar olacaq
Maliyyə20:21
Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb
Digər ölkələr20:14