Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə
  • 09 dekabr, 2014
  • 23:53
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:02-də başa çatıb.