Bakıda kişini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub

Hadisə
  • 21 avqust, 2015
  • 08:40
Bakıda kişini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub

Bakı. 21 avqust. REPORT.AZ/ Bakıda paytaxt sakinini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyüb, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıb.

Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsini əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulub.

Nəsimi Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

44 - Tezliklə