Bakıda keçmiş arvadını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Hadisə
  • 25 oktyabr, 2018
  • 05:41
Bakıda keçmiş arvadını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rahib Babayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Babayevin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, qətl hadisəsi bu il yanvarın 23-də Hasil Bayramov küçəsi, ev 67 ünvanında qeydə alınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib.