Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı
Hadisə
- 02 iyun, 2020
- 07:11
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
"Report"un xəbərinə görə, hadisə iyunun 1-i saat 22:30 paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 1 ünvanında yerləşən "İradə" kafesində qeydə alınıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlər nəticəsində "İradə" kafesinin xüsusi karantin qaydalarını pozaraq, yəni saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub.
Müvafiq tədbirlərlə çay evində ümumilikdə 5 nəfər müəyyən edilib, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib olunub. Kafenin sahibi 200 manat, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.
Son xəbərlər
08:02
ABŞ kömür və qaz elektrik stansiyaları üçün emissiya məhdudiyyətlərini ləğv edib
Digər ölkələr07:40
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:22
Bu gün Abşeron və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:02
Xocavənd sakini: İllərdir yurdumuza qayıdacağımız bu günü gözləyirdik
Daxili siyasət06:30
Foto
Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb
Daxili siyasət06:27
Keçmiş məcburi köçkün: Çox sevinirəm ki, doğma yurduma qayıdıram
Daxili siyasət06:12
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
Digər ölkələr05:41
"The Telegraph": İngiltərə Şotlandiyaya qarşı "viski müharibəsi"nə başlayıb
Digər ölkələr05:07