Bakıda jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında avtomobil piyadanı vurub

Hadisə
  • 02 noyabr, 2024
  • 15:14
Bakıda jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında avtomobil piyadanı vurub

Bakının Səbail rayonunda, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında avtomobil piyadanı vurub.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Yol-nəqliyyat hadisəsi səbəbindən Salyan şosesi istiqamətində avtomobillərin sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.